“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxs tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə Bərgüşadçay su anbarının tikintisi nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 60 873 606 manatdır.
Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.