25 C
Baku
Sunday, June 30, 2024

Azərbaycanda gedən tikinti və quruculuq işləri “Networking Azerbaijan” platformasında müzakirə edilib

21 iyun Fairmont hoteldə Azərbaycanda gedən tikinti və quruculuq işləri “Networking Azerbaijan” platformasında müzakirə edilib.

Ölkə iqtisadiyyatına müxtəlif sahələrdə töhfə verən iş adamlarının ünsiyyət və müzakirə platforması olan “Networking Azerbaijan” Biznes Klubunda bu dəfə diqqət ən prioritet sektorlardan birinə yönəlib.

“Construction and Building Networking” tədbirinin iştirakçıları tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin sahibkar və rəhbərləri, onların fəaliyyətləri ilə tanış olmaq imkanı qazanıblar. “Bu, bizim üçün bir ilkdir. «Networking Azerbaijan» öz fəaliyyətində bir yenilik edərək müxtəlif sahələr üzrə tematik netvörkinq tədbirləri keçirməyə başlayır.

Məqsədimiz ölkə iqtisadiyyatı üçün vacib olan sahələrdə fəaliyyət göstərən sahibkarları onlara xidmət göstərə biləcək, faydalı ola biləcək iş adamları ilə əlaqələndirməkdir – bunu «Networking Azerbaijan» Biznes Klubunun həmtəsisçisi Əliağa Kürçaylı bildirib.

“Bu gün bizim sahəmiz inkişaf etdiyi üçün bu sahə üçün xidmət və məhsullarını təqdim edən kifayət qədər çox sahibkar var. Gündəlik iş həyatındakı məşğulluq bizə onları görmək, tanımaq, işləri ilə tanış olmaq imkanı verməyə bilər. Netvörkinq tədbiri bizə özümüz üçün faydalı tərəfdaşlar tapmağa, eləcə də öz sahəmizdəki yenilikləri öyrənməyə şərait yaradır” — həmtəsisçi Qurban Əliyev bildirib. “Networking Azerbaijan” Biznes Klubu 2017-ci ildən fəaliyyət göstərir. Klub sahibkarlar üçün ünsiyyət və müzakirəni təmin edən, yüksək səviyyədə təşkil olunmuş tədbirləri ilə tanınır.

DSC03028 min DSC02988 min DSC02946 min DSC02883 min DSC03391 min DSC03316 min DSC03203 min DSC03332 min DSC03127 min DSC03152 Pano min DSC03066 min DSC03057 min

Son xəbərlər
Digər xəbərlər