21 C
Baku
Tuesday, April 16, 2024

62 “Bitсoin”in açarı Aya göndəriləcək

“Lunarcrush” kriptokompaniyası 62 “Bitсoin”in açarının olduğu xüsusi qurğunu Aya göndərəcək.

Bu barədə şirkətin saytında məlumat verilib.

Qeyd edilib ki, qadcet digər faydalı avadanlıqlarla bir qurğuda olacaq. Bu qurğu 2023-cü ilin payızında “Artemida-1” missiyası çərçivəsində “Falcon 9” raketinin buraxılışı zamanı Yer peykinin səthinə göndəriləcək.

“Bitсoin”lərin açarı ilə yanaşı NASA həmçinin Aya bir neçə pilotsuz təyyarə, Ayda yeriyən cihaz və insanların gələcəkdə Aya enməsi üçün lazım olan avadanlıqlar göndərməyi planlaşdırır. Külli miqdarda kriptovalyutanın olduğu qurğu isə “MAPP Lunar Rover” Ayda yeriyən cihazının korpusuna bərkidiləcək.

Şirkətdən bildirilib ki, cihaz Ayın cənub qütbündəki Şeklton kraterinin yaxınlığında yerləşəcək.

Son xəbərlər
Digər xəbərlər