28 C
Baku
Saturday, July 27, 2024

65 yaşdan yuxarı şəxslər əmanətlərini bankdan götürə bilmir

Karantinlə bağlı olaraq 65 yaşından yuxarı insanların banklarda vaxtı bitmiş əmanətləri və onların faizlərini götürmək imkanı məhdudlaşıb.

Qeyd edək ki, yaşı 65 ötmüş bir qism müştərilərin depozitlərinin vaxtları bitməsinə baxmayaraq, onlar əmanətlərini məlum məsələ ilə bağlı bankdan götürə bilmirlər. Bankda öz növbəsində həmin depozitlər üzrə müddətləri uzadır.

Lakin bəzi müştərilər israr edirlər ki, onların vəsaitə ehtiyacları olduğundan əmanəti bankdan götürmək istəyirlər. Amma karantin qaydalarına görə çölə çıxmaq imkanları yoxdur.

Bildirək ki, bankların bir qismi əmanətləri natorial qaydada təsdiq edilmiş etibarnamə əsasında versələrdə, bəziləri müştərinin fiziki olaraq banka yaxınlaşmasını tələb edirlər. Bu yaş qrupuna aid olan insanların etibarnamə alma imkanlarıda yoxdur, çünki bunun üçündə notariusa getmək tələb olunur. ASAN xidmət tərəfindən təklif edilən Səyyar ASAN xidməti isə hər kəs üçün uyğun qiymətə deyildir (qeyd edək ki, bu xidmətin qiyməti 123 AZN təşkil edir).

Bu məsələdə müştəri məmnuniyyətində maraqlı olan tərəf kimi ilkin addım banklar tərəfindən atılmalı olduğu halda, hələki heç bir bank tərəfindən belə bir təşəbbüs irəli sürülməmişdir. Təbii ki, banklar istədikləri halda bununla bağlı bir mexanizm tələb edə bilərdi. Əlbəttə ki, karantin rejinin tətbiqi dövlət tərəfindən irəli sürüldüyündən, yaşı 65 keçmiş şəxslər üçün bank xidmətlərindən faydalanmaq üçün xüsusi hallar nəzərdə tutula bilərdi.

Son xəbərlər
Digər xəbərlər