Korporativ ödəniş həlləri şirkəti olan “NRC Corporation” və kriptoinvestisiya şirkəti “NYDIG” 650 ABŞ bankının və kredit kooperativliyinin müştərilərinə bitkoin alışını təklif edə biləcək yeni xidmət təqdim ediblər.
Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.
Proqrama qatılan maliyyə qurumları istifadəçilərin kriptovalyutasına sahib olmayacaqlar, buna görə tənzimləmə çətinliklərindən qaça biləcəklər.
Xidmət “NYDIG”nin kastodial xidmətlərindən istifadə edəcəkdir. Şirkət əməliyyat haqqı alacaq və bitkoinlə əlaqəli investisiya xidmətləri təklif edəcək. Qiymətləndirmələrə görə, ABŞ banklarının 70%-i bu xidmətdən istifadə edə biləcək. Məsələn, şirkətin tərəfdaşları arasında “FIS”, “Fiserv” (“Fortune 500”), o cümlədən “Q2 Holdings” və “Alkami Technology” yer alır.
“NCR Corporation” kriptovalyuta ticarəti üçün mobil tətbiq təqdim etməyə hazırlaşır.
“Bir çox bank “Coinbase” kimi kriptobirjalara pul köçürməsinin ən böyük axınlarından biri olduğunu görür. Bu, bankların özləri və müştəriləri üçün belə bir fürsət əldə etməkdən məmnun qalmalarından səbəblərindən biridir”, – deyə “NYDIG”in törəmə şirkətinin həmtəsisçisi qeyd edib.
29 iyunda dünyanın ən böyük brokeri “TP ICAP” kriptovalyuta ticarəti platformasını açmağı planlaşdırdığını bildirib. Platformanın istifadəyə verilməsi bu ilin ikinci yarısına planlaşdırılır. Başlanğıca orada yalnız bitkoin təqdim ediləcək, daha sonra Ethereum da əlavə olunacaq.