10 C
Baku
Friday, December 13, 2024

661 mln. manat vəsaitin maliyyə hesabatlarında əks etdirilməməsi halları aşkarlanıb

2023-cü ildə 5 maliyyə auditi keçirilib, ilk dəfə olaraq 2 tədbirdə konsolidə edilmiş maliyyə hesabatları auditlə əhatə olunub.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, maliyyə hesabatlarının auditi üzrə təhriflər iki istiqamətdə qruplaşdırılıb.

Birinci əhəmiyyətli təhriflərə maliyyə hesabatlarında məlumatların əks etdirilməməsi halları aid olunub. Bu istiqamətdə təhrif məbləği 661.5 mln. manat təşkil edib.

İkinci qrupa isə mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün və müvafiq istiqamətdə əks olunmaması halları aid olunmuş, bu istiqamətdə təhrif məbləği 591.1 mln. manat təşkil edib. Maliyyə auditləri üzrə 3 müsbət, 2 şərti-müsbət rəy verilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər