22 C
Baku
Monday, September 8, 2025

684 mini ələ keçirən şirkət rəhbərinə10 il həbs cəzası verildi

684 min manatlıq dələduzluqda ittiham olunan “Amal+A” MMC-nin direktoru Nadir Quliyevin məhkəməsi başa çatıb.

Bakı Ağır Cinatyətlər Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə iş adamına 10 il həbs cəzası verilib.

Qeyd edək ki, N.Quliyevin işi üzrə 10 nəfər zərərçəkmiş qismində tanınıb. O, müxtəlif vədlərlə həmin şəxslərin ümumilikdə 684 min manatını ələ keçirib.

Təqsirləndirilən şəxs özünün də başqaları tərəfindən aldadıldığını və 672 min manat alacağının olduğunu, həmin pulu geri alacağı təqdirdə vurduğu zərəri ödəyə biləcəyini deyib.

Son xəbərlər
Digər xəbərlər