23 C
Baku
Friday, April 19, 2024

Proyekt menecment sahəsində əsas mövzular

Proyekt menecer, menecment bölümləri içərisində kapitalizmə yaxınlığı və son zamanlar  daha da meyl edilməsi və dəyər qazanması ilə seçilən bir bölümdür. Bu sahənin əsas xüsusiyyətləri haqqında bunları qeyd edərdim:

Layihə prosesinin idarə edilməsi – Təşəbbüs, Planlaşdırma, İcra  və Qapanma olaraq 4 mərhələyə ayrılır. Bu mərhələlərin hər biri bir neçə qrupa bölünür

Əlavə olaraq layihə xüsusiyyətlərində:

  • Müştərinin məmnun qalmağı və yenidən partnyorluq etdiyi ( müştərisi olduğu ) şirkətlə işləmək istəməsi;
  • Motivasiya nəticəsində komanda daxilində olan işçilərin öz işlədiyi yerdə fəaliyyətini davam etmə istəyi vacibdir.

Bugün şirkətlər yeni layihələrin yaradılmasına və onların fəaliyyətinin genişləndirilməsi üçün böyük addımlar atırlar. Bu vaxt – zaman, qiymət və xüsusiyyətlər  olmaqla 3 əsas faktor yaranır. Layihəyə ayrılan zaman, ona çəkilən xərclər və bu proyektin bizim üçün önəmi odur ki ,gətirəcəyi gəlir onun şirkət üçün dəyərini formalaşdırır.

Layihəyə rəhbərlik ediriksə, bilməli olduğumuz məsələlərdən biri budur ki, biz layihə imkanları çərçivəsində mümkün qədər çox satış etməyi nəzərdə tutmalıyıq. Satışlar edə bilmədiyimiz halda hədəf kütlə üçün üstünlüyümüzü itirməyə başlayacıq. Eyni zamanda, bir prosesi təkrarlamaqdan çəkinməməliyik. Bir məsələ üzərində nə qədər çalışsaq, bir o qədər peşəkarına çevrilərik.

Məhsul istehsal edərək bazara daxil olduğumuz zaman, istehsal etdiyimiz məhsul digərlərindən nə qədər fərqli olarsa, bu bizim gəlirlərimizin artmasına və bazarda daha tez böyüməyə səbəb olacaq. Layihə hazırlanarkən bu faktor üzərində çalışmaq lazımdır. Təcrübə məsələsi burada xüsusi rol oynayacaqdır deyə düşünürəm.

Layihəni ideya olaraq təqdim ediriksə- onun nə qədər davam edəcəyini və qazanacağı müvəfəqiyyəti, bu dövrdə hansı strategiyaları tətbiq edəcəyimizi və bu  prosedurları ümumiləşdirərək bir sistem halına salmağı düşünməliyik.

Sonrakı mərhələlərdə layihə üçün kadrların seçilməsi zamanı bu sahədə şəxsi təcrübələri çox olan adamlara üstünlük vermək inkişafı sürətləndirər.

Layihə hazırlanan zaman, müştərilərin tələbləri nəzərə alınmalıdır. Əgər tələbata uyğun məhsul istehsal edə bilsək, daimi müştəri kütləsi yaratmağa nail olarıq. İstehsal etdiyimiz məhsulun keyfiyyəti isə ona sərf edilən zaman və xərclənən pulla birbaşa əlaqəlidir. Keyfiyyət sahəmizin əsasını təşkil edir.

Layihənin adı əksər insanlar tərəfindən anlaşılan olmalıdır. Bu məsələyə yaradıcı tərəfdən yanaşdıqda daha çox müştəri cəlb etməyə kömək edə bilərik.

Təqdim etdiyimiz layihənin şirkətlər tərəfindən, onlara nə kimi xeyir verəcəyi suallarına tam hazır olmalıyıq. Ona görə də bazar araşdırmaları və xüsusilədə büdcə məsələsi nə qədər dəqiq olarsa, bir o qədər yaxşıdır.

Müəllif Murad Niftalizadə

Son xəbərlər
Digər xəbərlər