Azərbaycanda sərhəd-keçid məntəqəsində infrastrukturun yenilənməsi ilə bağlı iri həcmli satınalma elan edilib.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən binalara cari və əsaslı təmir işləri üzrə müsabiqə elan olunub.
Layihə Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsində infrastrukturun yenilənməsini, eləcə də piyada və sərnişin keçidinin tikintisini əhatə edir.
Layihənin ehtimal olunan dəyəri 7 765 502 manat təşkil edir.






