“Fobres” jurnalı 2019-cu ilin ən çox qazanan qadın idmançılarının siyahısını tərtib edib.
15 nəfərlik siyahıya tennisçi Serena Uilyams başçılıq edir.
37 yaşlı idmançı 2019-cu ilin 7 ayı ərzində 29,2 milyon dollar qazanıb. Tennisçilərin üstünlük təşkil etdiyi siyahının ikinci sırasında 24,3 milyon dollarlıq qazancla Naomi Osakadır. Üçüncü sırada isə 11,8 milyon dollarlıq qazancla Anjelika Kerber qərarlaşıb.
1. Serena Uilyams, tennis — 29,2 milyon dollar
2. Naomi Osaka, tennis — 24,3 dollar
3. Anjelika Kerber, tennis — 11,8 dollar
4. Simona Halep, tennis — 10,2 dollar
5. Sloan Stivens, tennis — 9,6 dollar
6. Karolin Voznyatski, tennis — 7,5 dollar
7. Mariya Şarapova, tennis — 7 dollar
8. Karolina Plişkova, tennis — 6,3 dollar
9. Elina Svitolina, tennis — 6,1 dollar
10−11. Vinus Uilyams, tennis — 5,9 dollar
10−11. Qarbinye Muqurusa, tennis — 5,9 dollar
12. Aleks Morqan, futbol — 5,8 dollar
13−14. Mgdison Kis, tennis — 5,5 dollar
13−14. Pursala Sindhu, badminton — 5,5 dollar
15. Ariya Djutanuqarn, qolf — 5,3 dollar
©Qafqazinfo.az