27 C
Baku
Saturday, July 27, 2024

7 ayda 300 minə yaxın çıxarış verilib

2023-cü ilin 7 ayında 299678 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb.  

Banker.az xəbər verir ki, 2023-cü ilin yanvar-iyul ayları ərzində 299.678 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,2% çoxdur.

2023-cü ilin 7 ayı ərzində göstəricinin 47.406-sı (15,8%) ilkin, 252.272-si (84,2%) isə təkrar qeydiyyatın payına düşüb. 

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı 

2023-cü ilin yanvar-iyul ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 29.846-sı fərdi yaşayış və bağ evi, 53.408-i mənzil, 209.806-sı torpaq sahəsi, 1.815-i qeyri-yaşayış binası, 4.320-si qeyri-yaşayış sahəsi, 415-i əmlak kompleksi, 68-i isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 56.177-si Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-iyul ayları ərzində 245.855 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 61,2% çoxdur. 2023-cü ilin 7 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3% artaraq 46.611 olub. 

 

Son xəbərlər
Digər xəbərlər