13 C
Baku
Sunday, September 29, 2024

7 ildir fəaliyyət göstərən Belarus Holdinqinin şirkəti Azərbaycanı tərk etdiyini açıqladı

Azərbaycan bazarını daha bir xarici şirkət tərk etdi.

Banker.az xəbər verir ki, “Amkodor-Baku” MMC Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1001, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil, ev.23, mənzil 7 ünvana bildirə bilərlər.

Bildirək ki, bu şirkətin nizamnamə kapitalı 700 000 USD təşkil edir və qanuni təmsilçisi Vitalı Khamenkadır. “Amkador-Baku” 2013-cü ildə dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, “Amkodor-Baku” MMC, Belarus Respublikasında xüsusi avadanlıq üzrə aparıcı istehsalçı olan “Amkodor” Holdinqin distribyutorudur.

“AMKODOR” – Holdinqin İdarəedici Şirkəti” – yol tikintisi, kənd təsərrüfatı, bələdiyyə, meşə təsərrüfatı, aerodrom təmizləmə və digər ixtisaslaşdırılmış avadanlıqların istehsalı üzrə Belarus və MDB olkələrində aparıcı mövqe tutan xüsusi maşın və avadanlıqların istehsalı ilə məşğuldur.

Son xəbərlər
Digər xəbərlər