13 C
Baku
Sunday, October 20, 2024

7 ildir ki, Azərbaycanda fəaliyyət göstərən Belçika şirkəti Azərbaycanı tərk etdiyini açıqladı

Azərbaycanda daha bir xarici şirkətin filialı bağlandı.

Banker.az xəbər verir ki, “T.D. Williamson S.A.” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti küçəsi, ev 37, mənzil 16 ünvanına bildirə bilərlər.

Bildirək ki, bu filial Azərbaycanda 2013-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Johan Guillaume-dir.

Xatırladaq ki, “T.D. Williamson S.A.” şirkəti 1968-ci ildə Belçikada yaradılıb. Şirkətin fəaliyyət sahəsinə boru kəməri, boru kəməri avadanlıqları daxildir.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər