7 milyon manata 576 ailəlik yeni yaşayış məhəlləsi inşa ediləcək

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Bakı Abadlıq Xidməti” MMC ilə 7 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Pirşağı yolu, 3-cü km, 1-ci küçə, 9 ünvanında 2.76 ha ərazidə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikintisi nəzərdə tutulan zəruri sosial-texniki infrastrukturu olan 576 ailəlik yeni yaşayış məhəlləsinin tikintisi (mühəndis kommunikasiyaları və texnoloji avadanlıqlar) nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 7 005 086 manatdır.

Bildirək ki, “Bakı Abadlıq Xidməti” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 000 manatdır və qanuni təmsilçisi Binnət Əli Qasımovdur.