14 C
Baku
Saturday, November 23, 2024

7 ölkənin turizm naziri görüşəcək

Bu il oktyabrın birinci yarısında İranın Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm nazirlərinin görüşü keçiriləcək.

Bu barədə Ərdəbil vilayətinin valisi (ostandarı) Seyid Həmid Amili məlumat verib.

O qeyd edib ki, görüşdə üzv dövlətlərin turizm sahəsindəki əlaqələrini genişləndirmək, bu sahəyə qarşılıqlı investisiya yatırmaq, insanların qarşılıqlı səfərlərini asanlaşdırmaq və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, ECO iqtisadi və ticarət əlaqələrini artırmaq məqsədilə 1985-ci ildə İstanbulda Türkiyə, İran və Pakistan tərəfindən yaradılıb. SSSRİ dağıldıqdan sonra -1992-ci il noyabrında daha 7 ölkənin – Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da təşkilata daxil olması ilə ECO üzvlərinin sayı 10-a çatdı.

ECO-nun kənd təsərrüfatı sahəsi, sənaye əməkdaşlığı, nəqliyyat və rabitə, infrastruktur və ictimai işlər, elm, təhsil və mədəniyyət, energetika, narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. ECO Nazirlər Şurası da ildə ən azı bir dəfə yığıncaq keçirir. Təşkilat 1993-cü ildə BMT-də, 1994-cü ildə isə İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu alıb. ECO-nun mənzil-qərargahı Tehran şəhərindədir. Azərbaycanın İrandakı səfiri, eyni zamanda, ölkəmizin ECO-da daimi nümayəndəsidir.

Mənbətrend
Son xəbərlər
Digər xəbərlər