7 sığorta şirkətinin yığımları azalıb – SİYAHI

2020-ci il ilə müqayisədə 2021-ci ildə Azərbaycanın 20 sığorta şirkətindən 7-nin hesabladığı sığorta haqları azalıb, 11-nin isə artıb.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “İpək Yolu Sığorta” şirkətidir (22%), ən az azalma isə “A-Qroup Sığorta”da (5%) qeydə alınıb.

Yığımları ən çox artan “Bakı Sığorta” şirkətidir (54%), ən az artan isə “Naxçıvansığorta” şirkətidir (1%).

Onu da qeyd edək ki, “Aqrar Sığorta” şirkəti yeni yarandığı üçün, “Rəvan Sığorta” isə yanvarda sığorta haqqı toplamadığı üçün müqayisə etmək mümkün deyil.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.