2019-cu ilin ilk 5 ayı ilə müqayisədə 2020-ci ilin ilk 5 ayında Azərbaycanın 21 sığorta şirkətindən 7-nin (AtaSığorta, Atəşgah Sığorta, AXA MBask, Azsığorta, Meqa Sığorta, Xalq Sığorta, Rəvan Sığorta) hesabladığı sığorta haqları azalıb, 14-nin isə artıb. Rəvan Sığortanın topladığı sığorta haqlarında cüzi azalma müşahidə olunur.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “AXA Mbask” şirkətidir (99%), ən az azalma isə “Xalq Sığorta”da (3%) qeydə alınıb.
Yığımları ən çox artan “Xalq Həyat” şirkətidir (6,3 dəfə), ən az artan isə “Qala Həyat” şirkətidir (3%).
Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv etdi. Beləliklə, sığorta şirkətlərinin sayı 22-dən 21-ə düşüb.