18 C
Baku
Saturday, November 2, 2024

721 milyon 800 min manatdan artıq kompensasiya ödənildi

Əmanətlərin Sığortalanması Fondu tərəfindən yanvarın 9-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 976 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1 faizi), “Zaminbank”ın əmanətçilərinə 52 milyon 462 min manat (ümumi kompensasiya öhdəliyinin 72,2 faizi), “Kredobank”ın əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5 faizi) və “Dekabank”ın əmanətçilərinə 3 milyon 083 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 96,6 faizdən çoxu) kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 126 milyon 291 min manatdan artıqdır.

Eyni zamanda, “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 245 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 271 min manatı (ümumi kompensasiya öhdəliyinin 98,1 faizdən çoxu) “Atrabank”ın, 1 milyon 974 min manatı (ümumi kompensasiya öhdəliyinin 94,4 faizi) “Qafqaz İnkişaf Bankı”nın payına düşür.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi), “Gəncəbank”ın əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94 faizi), “Texnikabank”ın əmanətçilərinə isə 120 milyon 152 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 faizi) kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 276 min manatdan çoxdur.

Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu “Bank Standard” Kommersiya Bankının qorunan əmanətçilərinə 433 milyon 988 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,4 faizi) kompensasiya ödəyib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 721 milyon 800 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər