75% vergi güzəşti tətbiq ediləcək sahibkarların kriteriyası müəyyən edildi

0

 

Bir sıra ekspertlər mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin meyarlarının müəyyən olunmadığı barədə məlumatlar yayırlar.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Tənzimləmə və təşviq departamenti müdirinin müavini İlqar Əsgərov bildirib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə KOB-a bir sıra güzəştlər verilib. O qeyd edib ki, həmin dəyişikliklərə əsasən, kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə sürətli amortizasiyanın tətbiqi, kiçik sahibkarlıq subyektinin təsisçisinin divident gəlirlərinin vergidən azad olunması bu sahəyə dövlət dəstəyinin təzahürüdür. Kiçik və orta sahibkarlıqla məşğul olan biznes subyektləri sənaye klasterləri yaratdığı və klaster şirkətlərinin reyestrinə daxil edildiyi təqdirdə 7 il müddətinə ƏDV-dən, innovasiya fəaliyyəti üzrə startaplar 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunub.

Eləcə də bax –

Qeyd edilib ki, KOB subyektləri dövlətin verdiyi güzəşt və imtiyazlardan faydalanaraq öz fəaliyyətlərini şəffaf qurmalı, hesabatlarını və uçot sistemlərini düzgün əks etdirməlidirlər. Bu, həmin sahədə kölgə iqtisadiyyatının təzahürlərinin aradan qaldırılması üçün vacibdir. Nazirlər Kabinetinin  təsdiq etdiyi “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”  sahibkarlıq subyektlərinin hər birinin konkret öhdəliklərini müəyyənləşdirir. Qərara əsasən, işçi sayı 1-dən 10-a, illik gəlirləri 200 min manatadək olanlar mikro, işçi sayı 11-dən 50-dək, illik gəlirləri 200 min manatdan 3 milyon manatadək olanlar kiçik sahibkarlıq, işçi sayı 51-dən 200-dək, illik gəlirləri 3 milyondan 30 milyon manatadək olanlar orta sahibkarlıq, işçi sayı 251-dən yuxarı, illik gəlirləri 30 milyon manatdan yuxarı olanlar isə iri subyektlər hesab olunur.

Banker.az Vergil’r Nazirliyinə istinadən, mikro, kiçik, orta və iri sahibkar meyarlarının meyarlarının layihə formasını təqdim edir. 

Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərlə bağlı bir çox normativ sənədlərin qəbulu nəzərdə tutulur. Onlardan ən vacibi vergi ödəyicilərinin böyük maraqla gözlədiyi sahibkarlıq subyektlərinin meyarları ilə bağlıdır. Artıq növbəti ildən sahibkarlıq subyektlərinin 4 kateqoriya üzrə təsnifatı gözlənilir ki, bu da beynəlxalq təcrübəyə uyğundur. mks.az saytı sahibkarlıq subyektlərinin meyarları ilə bağlı hazırlanmış qərar layihəsini əldə edib.

Qərar layihəsinin əsas hissəsini təqdim edirik:

Mikro, kiçik, orta və iri sahibkar meyarları (layihə) 

 
Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyası İşçilərinin orta siyahı sayı İllik gəliri
Mikro sahibkar 1 nəfərdən 10 nəfərədək 200 min manatadək
Kiçik sahibkar 11 nəfərdən 50 nəfərədək 200 min manatdan 3 milyon manatadək
Orta sahibkar 51 nəfərdən 250 nəfərədək 3 milyon manatdan 30 milyon manatadək
İri sahibkar 251 nəfər və daha yuxarı 30 milyon manat və daha yuxarı

Qeyd edək ki, hər bir sahibkarlıq subyekti üçün hər iki şərt (işçi sayı və gəlir) mütləq təmin olunmalıdır.