Hazırda bank əməliyyatlarının xarakteri haqqında bir çox fərziyyələr mövcuddur. Onlardan bəziləri müasir bank işində modernləşmə və ekstrapolyasiya bağlıdır, digərləri isə Qədim Yunan epoxasından irəli gələn Ellin və Roma sistemlərinin davamıdır.
Sərrafların fəaliyyət sahəsi barədə fərziyyələr müxtəlif cür ola bilər, çünki, heç bir uçot kitabçası saxlanılmamışdır. Bu sual barəsindəki bütün mülahizələr İsokratın, Demosfenin çıxışları və bank əməliyyatlarını təsvir edən natamam xarakterli digər mənbələrə əsaslanır. Məsələn, Demosfen “Filipp əleyhinə” çıxışında belə yazırdı: “ Herakleyadan olan Likon Afrika səfəri zamanı öz işlərini bankiri vasitəsi ilə nizama salırdı və bankirinə Kesrisisiada 16 min və 40 draxm ödəməyi tapşırmışdı”.
“Timofey əleyhinə” çıxışında Demosfen bildirirdi: “ Timofey Afinanı tərk etməyə hazırlaşır, amma Makedoniyadan taxtaların çatmasını gözləyərkən, o öz bankirinə bu yük gəldiyi təqdirdə daşıma xərclərini (1750 draxm) ödəməyini tapşırır; bankir ödəyir və Timofeyi öz borcluları siyahısına daxil edir”. Demosfenin “Filipp əleyhinə” çıxışından daha bir mülahizədə əmanətlərlə bağlı maliyyə əməliyyatlarının texniki tərəfi haqqında danışılır: “Adətən bütün sərraflar əgər fiziki şəxsdirsə, pul qoyularkən bunun kimə veriləcəyini qeyd edirlər, ilk öncə əmanətçinin adı və əmanətin məbləği yazılır, daha sonra əmanətin kimə veriləcəyi qeyd olunur; bununla yanaşı əgər sərraflar pulun veriləcəyi adamı üzdən tanıyırlarsa, onda onlar yalnız adın yazılması ilə kifayətlənirlər; əgər tanımırlarsa, onda pulu almalı olan şəxsi üzdən tanıyan və onun kim olduğu işarə edən insanın adı da qeyd edirdilər”.
Isokratın “Sərraflıq” adlı çıxışında sərrafların fəaliyyəti, əməliyyatların xarakteri və uçotu işıqlandırılır. Ilk öncə şahidin, bəzi hallarda zaminin iştirakı ilə müştəri və bank arasında müqavilə bağlanırdı. Müqavilə şifahi də bağlana bilərdi, bu o şərtlə baş tuturdu ki, sonradan müqavilə şahidi kimi quldan işgəncə yolu ilə ifadəsi alınırdı. Bu metod müştərinin və ya hər iki tərəfin, yəni bank və müştərinin müqaviləni itirdiyi zaman da tətbiq oluna bilərdi. Bu təcrübə əhəmiyyətli dərəcədə mühakiməni çətinləşdirirdi, lakin heç bir sənədin olmadığı bir zamanda son arqument olaraq, şahid kimi çıxış edən qulun işgəncəsinə əsaslanırdı.
Lakin müqavilə bağlanmışdırsa, onda onun saxtalaşdırılması da mümkün idi. Saxta müqavilələrin yaradılması haqqında məlumatlara müxtəlif mənbələrdə (Demosfen. “Medias əleyhinə” §85; İsokrat.”Sərraflıq” §31,32,34) rast gəlmək olar. Dövlət hakimiyyəti bankın işlərinə qarışmırdı, müştəri və bankların maraqlarının qorunmasını təmin edə biləcək hüquqi normativ sənədlər isə işlənib hazırlanmamışdı. Bu qanunvericilik aktları yalnız Romada yarandı.
Eləcə də, bankirlər hüquqi cəhətdən müdafiə olunmurdular. Sənədlərdən birində qeyd edilirdi: “Biz – gəmiçilik müəssisələrini maliyyələşdirən və kapitalımızı başqa insanların “əllərinə verən” zaman yaxşı başa düşürük ki, borc götürən hər bir şəxs bizim üzərimizdə imtiyaza malikdir. O, bizim pullarımızı real olaraq əlinə alır və bizə isə yalnız bizimlə düzgün iş aparacağını təsdiq edən məktub qoyur; bizə gəldikdə isə biz nəinki ödəməyə söz veririk, hətta dərhal məbləği bütünlükdə borcalan şəxsə ödəyirik. Kim qarantiya verə bilər ki, verilən borclar geri qaytarılacaq? Biz sizə, könüllü bağlanan müqavilələrin qüvvədə olduğunu sübut edən hakimə və qanuna güvənirik. Əlavə olaraq onu deyə bilərəm ki, nə müqavilə, nə də qanunun mövcudluğu borcalanın “insanlığına” qarantiya verə bilməz.