8.3 milyon manatlıq layihə: Bakının park və bağları yenidən qurulur

Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC iri həcmli tenderinin qalibini elan edib.

Banker.az xəbər verir ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti paytaxt ərazisindəki səkilərdə, həyətlərdə, park və bağlarda aparılacaq təmir, yenidənqurma və abadlıq işlərinin satınalınması üzrə keçirdiyi tenderi yekunlaşdırıb.

Satınalma müsabiqəsinin nəticələrinə əsasən, “Xezer-Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti tenderin qalibi seçilib.

Müqavilənin ümumi məbləği 8 345 142 manatdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər