13 C
Baku
Tuesday, October 1, 2024

8 ay sonra ilk – Türkiyənin gözlədiyi təyyarə gəldi

Türkiyə rus turistləri gül-çiçəklə qarşıladı.

Türkiyə ilə Rusiya arasında yaşanmış gərginlikdən aylar sonra növbəti bir ilk yaşanıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, Antalya hava limanına 8 ay sonra ilk rus turist təyyarəsi eniş edib. Təyyarədə 189 turist olub. 600@0

“Rossiya Airlines”in Moskva-Antalya reysi ilə uçan “B737-800” təyyarəsi səhər saatlarında turizmin ürəyi sayılan şəhərə eniş edib. 600@0

Rus turistlər üçün qarşılanma mərasimi keçirilib. Rusları qarşılayanlar arasında hava limanının mülki idarə işləri üzrə rəhbər şəxsi, Antalya valisinin köməkçisi də olub.

Hava limanının pasport nəzarəti hissəsində gül-çiçəklə qarşılanan rus turistlər üçün kokteyl olub.

Vali köməkçisi Mehmet Yavuz jurnalistlərə açıqlamasında bu reysin çarter olmadığını, hələlik çarter reys üçün icazə olmadığını deyib.

Rus turistlər də iki ölkə arasında münasibətlərin düzəlməsindən razı qalıblar. Onların bəziləri illərdir ki, istirahət üçün Türkiyəni seçdiklərini, bəziləri isə bunun bir ilk olacağını deyiblər.

ANSPRESS

Son xəbərlər
Digər xəbərlər