16 C
Baku
Friday, November 22, 2024

8 ayda ən çox sayda və məbləğdə güzəştli kredit verən banklar – Siyahı

2024-cü ilin səkkiz ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 3507 layihənin maliyyələşdirilməsinə 138,3 milyon manat güzəştli kredit verilib.

Banker.az xəbər verir ki, ilin səkkiz ayı ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika” ASC, “Rabitabank” ASC, “AccessBank” QSC (AccessBank Azerbaijan), “Yelo Bank” ASC və “Aqrarkredit” QSC fərqlənib.
Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “Yelo Bank” ASC, “AccessBank” QSC və “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) daxildir.

Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.

Son xəbərlər
Digər xəbərlər