2 C
Baku
Saturday, December 14, 2024

8 ayda 13 804 şəxsə proaktiv qaydada e-fərdi şəxsi hesab açılıb

Cari ilin 8 ayında 13 804  şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesab açılıb.

Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, iki il əvvəl fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada elektron sistemdə qeydiyyatına xidmət edir. İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik olaraq SSN də açılır. Bununla işçinin fərdi uçot sistemində elektron fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirakı təmin edilir. Fərdi şəxsi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamasına imkan yaradılır.

Nazirlikdən verilən məlumata əsasən, xidmət fəaliyyətə başlayandan 473 000 sosial sığorta nömrəsi (SSN) verilməklə elektron fərdi şəxsi hesabın açılması təmin edilib.

Son xəbərlər
Digər xəbərlər