8 ayda Azərbaycan iqtisadiyyatının ən çox bu sahələrinə pul yatırılıb – Siyahı

2020-ci ilin yanvar-avqust aylarında ölkәnin iqtisadi vә sosial sahәlәrinin inkişafı üçün bütün maliyyә mәnbәlәrindәn әsas kapitala 8682,4 milyon manat vә ya әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә 0,7 faiz çox vәsait yönәldilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövlət Stastika Komitəsinin 2020-ci ilin yanvar-avqust ayları üçün  açıqladığı məlumata əsasən, ən çox kapital yönəldilən sahələrin bəzilərində kəskin artım, bəzilərində isə azalma olub.

Belə ki,  ən çox artım olan sahələr bunlar olub: peşə, elmi və texniki fəaliyyət (6.4 dəfə) və ticarət; nəqliyyat vasitələrinin təmiri (49%), emal sənayesi (29%) olub.

2020-ci ilin yanvar-avqust aylarında әsas kapitala yönәldilmiş ümumi vәsaitin 53,3 faizi sәnaye, 21,4 faizi tikinti, 12,1 faizi nәqliyyat vә anbar tәsәrrüfatı, 3,5 faizi peşә, elmi vә texniki fәaliyyәt, 2,2 faizi dövlәt idarәetmәsi vә müdafiә; sosial tәminat, 1,9 faizi kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq, 1,4 faizi tәhsil, 1,3 faizi informasiya vә rabitә, 0,9 faizi ticarәt; nәqliyyat vasitәlәrinin tәmiri, 0,4 faizi turistlәrin yerlәşdirilmәsi vә ictimai iaşә, 0,5 faizi әhaliyә sәhiyyә vә sosial xidmәtlәrin göstәrilmәsi, hәr birindә 0,3 faiz olmaqla maliyyә vә sığorta fәaliyyәti, inzibati vә yardımçı xidmәtlәrin göstәrilmәsi, istirahәt, әylәncә vә incәsәnәt sahәsindә fәaliyyәt, 0,2 faizi digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi sahәlәrinә sәrf edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.