27 C
Baku
Saturday, July 27, 2024

COVİD-19 Azərbaycanda əczaçılıq məhsullarının satışının 38,4% artımına gətirib

Azərbaycan 2020-ci ilin yanvar-avqust aylarında əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından 439,6 miyon manat gəlir əldə edib. Ötən ilin müvafiq dövründə bu məhsulların satışından gəlir 317,7 milyon manat təşkil edib. Belə ki, cari ildə Azərbaycanın tibbi məhsulların satışından gəliri 38,4% və yaxud 1,4 dəfə artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Azərbaycan 2020-ci ilin yanvar-iyul aylarında əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından 383,3 miyon manat gəlir əldə etmişdir.

Onu da qeyd edək ki, əczaçılıq məhsullarının satışındakı artım koronavirus infeksiyasının yayılması ilə əlaqədardır.

Son xəbərlər
Digər xəbərlər