7 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

8 illik hazırlıqdan sonra Microsoft şirkəti Necurs adlı hacker şəbəkəsinin fəaliyyətini dayandırdı

2012-ci ildə start götürmüş hazırlıqlardan sonra Microsoft şirkəti sonunda Necurs adlı botnetin fəaliyyətini dayandıra bilib. Bu botnet çoxlu sayda spamların göndərilməsinə və milyonlarla kompüterin yoluxmasına səbəb olub. Sözügedən irimiqyaslı prosesi reallaşdırmaq üçün Microsoft şirkəti 35 ölkədən olan dövlət orqanları ilə əməkdaşlıq edib. Bu barədə 4pda saytı xəbər verib. Keçən həftə Microsoft şirkəti bu botnetin istifadə etdiyi və ABŞ-da yerləşən infrastruktur üzərində idarəetməni ələ keçirtməyə imkan verən məhkəmə qərarını əldə edib.

Qeyd etmək lazımdır ki, botnet məhz həmin infrastrukturdan istifadə edərək kompüterləri yoluxdurur, çoxlu sayda spamlar göndərir və istifadəçilərin konfidensial məlumatlarını oğurlayır. Şirkət mütəxəssisləri Necurs domentlərinin qeydiyyatlarının alqoritmini təyin edə biliblər. Əldə edilmiş məlumatlar 6 milyon domen adının öncədən aşkar edilməsi imkanını yaradıb. Necurs botneti həmin domenləri növbəti 25 ay ərzində yaradacaq.

Beləliklə bu cür məlumatın əldə olunması sayəsində qeydiyyatçılar operativ şəkildə həmin domenləri bloklayaraq zərərli şəbəkənin yayılmasının qarşısını ala biləcəklər. Microsoft-un verdiyi məlumata əsasən 2012-ci ildən bəri Necurs tərkibində 9 milyondan çox yoluxmuş kompüter çalışıb. Şirkət həmçinin qeyd edib ki, hackerlər kompüter resurslarını təkcə öz məqsədləri üçün deyil həm də digər maraqlı şəxslərə icarə üçün də istifadə ediblər.

©Technote

Son xəbərlər
Oxşar xəbərlər