11 C
Baku
Tuesday, November 26, 2024

“8 Mart – Beynəlxalq qadınlar günü” münasibətilə Banklar xanımlara nə təklif edir?

Qarşıdan “8 Mart – Beynəlxalq qadınlar günü” gəlir. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd edilir. Bu bayram ərəfəsində Bankların xanımlar üçün müxtəlif kampaniyalar keçirməsi, onlara məhsul və xidmətlərin komissiyalarında endirimlər etməsi, bir sıra hədiyyələr təqdim etməsi və s.illərdir ənənə halına çevrilib. Banklarımız bu il də ənənəyə sadiq qalaraq xanım müştərilərini sevindirir və onlara ikiqat bayram sevinci yaşadır. Banker.az monitorinq qrupu olaraq xanımlara bayram ərəfəsində ən yaxşı hədiyyənin onlar üçün daha sərfəli Bank məhsullarını tapmağa kömək etməkdə olduğunu düşdündük. Aşağıda “8 Mart – Beynəlxalq qadınlar günü” münasibətilə  xanım müştərilərinə endirim və hədiyyə kampaniyası keçirən banklar və kampaniya güzəştləri qeyd edilmişdir:

Rabitabank – İşgüzar xanımlar üçün kampaniya

Kampaniya çərçivəsində 31.03.2018-ci il tarixinədək Bankdan biznes kreditləri əldə edən xanım müştərilərə illik faiz dərəcəsində endirim edilir. Belə ki, kampaniya çərçivəsində illik faiz 14.9%-dən başlayır. Kreditin digər şərtlərinə gəldikdə isə – məbləğ 15 000 – 1.000.000 AZN, müddət 24 ayadək, komissiya haqqı isə 0.6% – 1% arasında dəyişir.

AccessBank – “Problem deyil”

“Problem deyil” şüarı altında Bank mart ayında bir sıra silsilə kampaniyalara start verir. Bu kampaniyalarda istehlak və biznes kreditlərinə endirimlər, həmçinin debet kartlar üzrə güzəştlər nəzərə tutulub. Lakin bu kampaniyalar içində sırf xanımların yararalana biləcəyi güzəşt “myCard” məhsulu ilə bağlıdır. Belə ki, 05.03.2018 – 19.03.2018 – ci il tarixlərində AccessBank hər bir xanıma “myCard Classic” ödəniş kartı pulsuz təqdim edəcək.

Unibank – “8 Martda 8 Təklif” kampaniyası

Kampaniya çərçivəsində 10.03.2018-ci il tarixinədək Unibank – dan kredit və ya Albalı Plus kartı alan xanımlara aşağıdakı 8 güzəşt təklif edilir.

  1. Nağd kredit və Albalı Plus kredit kartı – Komissiyasız rəsmiləşdirilir.
  2. Nağd kreditlər üzrə illik effektiv faiz dərəcəsi 13%-dən başlayır.
  3. Kredit sifarişi Unibank Mobile-dan olunduqda – kredit alan xanımlara 800 bonus + Unibank Mobile-da ödənişlər üzrə ikiqat bonus.
  4. İdeal mağazalarında 8% cashback;
  5. Gözəllik salonlarında 8% cashback;
  6. Gül salonlarında 8% cashback;
  7. Restoranlarda 8% cashback;
  8. Depozit qutularına 50% endirim.

Bank Respublika – “8 Martın 9 çaları” kampaniyası

5, 6 və 7 mart tarixlərində Bank Respublikaya müraciət edən xanım müştərilər aşağıdakı məhsul və xidmətlər üzrə endirimlərdən faydalana biləcəklər. Daha dəqiq desək, bu güzəştlər endirim xarakterli, deyil 9 sayda xidmət və məhsulun müştərilərə tamamilə pulsuz təqdim edilməsindən ibarətdir. Güzəştlər haqqında daha ətraflı aşağıda qeyd edilib:

  • Komissiyasız nağd istehlak kreditləri;
  • Komissiyasız mikro kreditlər;
  • Komissiyasız kredit xəttləri;
  • Komissiyasız “Paykart” taksit kartı.
  • “Bakı Sığorta” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Mənim Əmlakım” sığorta məhsulu – bankdan nağd istehlak krediti əldə edən bütün xanım müştərilərə pulsuz təqdim edilir. Bu məhsul 12 ay müddətinə müştərinin əmlakını 5000 AZN dəyərində sığortalamayır.
  • “MC GOLD LİTE” debet kartı – Pulsuz (kart 5 illik verilir).
  • SMS məlumatlandırma xidməti – “MC GOLD LİTE” debet kartını əldə edən xanımlara 6 aylıq PULSUZ.
  • 3D secure xidməti – “MC GOLD LİTE” debet kartını əldə edən xanımlara PULSUZ.
  • İnternet Banking xidməti – “MC GOLD LİTE” debet kartını əldə edən xanımlara PULSUZ.

Kampaniyanın adından da göründüyü kimi , Bank kampaniya çərçivəsində 9 məhsulu xanım müştərilərinə PULSUZ təqdim edir.

Sonda isə vurğulamaq istərdik ki, mart ayında digər banklarımızda da fərqli kampaniyalar keçirilir. Lakin biz bu araşdırmamızda yalnız xanımlara şamil edilən kampaniyaları seçib araşdırdıq.

NBC Bank

Bayramla  əlaqədar olaraq Mart ayının 5-dən 10 –dək  “NBC Bank“da kredit rəsmiləşdirən hər bir xanım aşağıdakı hədiyyələri təqdim edib.

  1. Məbləğ Məhdudiyyətsiz (gəlirlərə uyğun)
  2. İllik faiz dərəcəsi cəmi 18%
  3. Kommisiyasız və heç bir xidmət haqqı ödəmədən
  4. Müddəti  18 ay və zaminsiz
  5. Hədiyyə olaraq Visa Gold və ya Mastercard Gold debet kartı

 

Son xəbərlər
Digər xəbərlər