10 C
Baku
Friday, December 13, 2024

8 mart münasibətilə bankların qadınlara özəl hədiyyələri – Hansı təkliflər var?

8 Mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə bir çox şirkətlər müxtəlif kampaniyalar təşkil etməyə başlayıblar. Banklarımız hər il olduğu kimi bu ildə  ənənəyə sadiq qalaraq xanım müştərilərini sevindirir və onlara ikiqat bayram sevinci yaşadır. Bankların xanımları düşünərək hazırladıqları kampaniyaları sizlərə təqdim edirik.

AccessBank

“AccessBank” 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə kampaniyaya start verir. Belə ki, xanımlara özəl təklif olunan kampaniya çərçivəsində, onlar “myCard Lux” və “myCard Premium” kart məhsullarını 30%-dək endirimlə əldə edə bilərlər. Həmçinin xanımlara bir illik ödənişsiz konsiyerj xidməti də təqdim olunur. Qeyd edək ki, təklif olunan bütün kartlar premial kartlara şamil olunur.

Qeyd edək ki, kampaniya 09.03.2021-ci il tarixinədək keçərlidir.

Ətraflı: https://www.accessbank.az/az/our-bank/news/detail.php?id=46375

8 mart pic

Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara xoş bir sürpriz hazırlayıb. Bu gündən başlayaraq Bank ödəniş üzüklərində endirim kampaniyasına start verir. Martın 10-a qədər davam edəcək kampaniya dövründə müştərilərə VISA İnfinite kartları ilə təqdim olunan ödəniş üzüklərini 50%, VISA Platinum kartları ilə təqdim olunan ödəniş üzüklərini isə 30% endirimlə əldə etmək olar. Üstəlik, onlayn sifariş edilmiş üzük və kartlar şəhər daxilində müştərinin ünvanına pulsuz çatdırılacaq.

Ətraflı:  www.ibar.az

RingPress reliz

Bank BTB

Bank BTB Beynəlxalq Qadınlar günü münasibətilə xanımlara özəl “8 Mart” adlı endirimli kredit kampaniyasına start verdi. Belə ki, Nağd pul, Lombard, Biznes və ya Mikrokredit əldə etmək istəyən xanım müştərilər 5 Mart 2021-ci il tarixinədək müraciət etdikdə 2 % endirimli şərtlərlə kredit götürə biləcəklər. Bundan əlavə, kampaniyanın daha bir özəlliyi kreditlərin 0% komissiya ilə rəsmiləşdirilməsidir.

Ətraflı: www.btb.az

Yelo Bank

Yelo Bank 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə xüsusi şərtlərlə kredit təklif edir.

Belə ki, Yelo Bank 3-10 mart tarixlərində istehlak kreditlərini yalnız xanımlara özəl 2 % endirimlə – 15%-dən başlayan şərtlərlə təqdim edir.

Ətraflı: bit.ly/8-mart-krediti

2 mart qadinlar gunu

Bank of Baku

Ölkənin aparıcı bankı Bank of Baku, incəliyin, zərifliyin nümunəsi olan xanımların ürəyindən xəbər verəcək kampaniyalara start verir. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bank of Baku bu kampaniyaları keçirir.

KOMİSSİYASIZ KREDİT kampaniyası!

04 – 06 mart tarixlərində Bank of Baku-ya müraciət edən xanımlar, 30.000 AZN-dək Nağd Pul Kreditini KOMİSSİYASIZ, ZAMİNSİZ və ENDİRİMLİ FAİZ şərtləri ilə əldə edə bilərlər.

Xanımlar həmçinin, növbəsiz çevik rəsmiləşmə üstünlüyünə də sahib olacaqlar. Qeyd edək ki, kredit kampaniyasında sığorta haqqı da yoxdur.

Kampaniya müddətində kredit əldə edənlər, İlboyu Qazandıran Kredit kampaniyasından da faydalanacaqlar. Belə ki, kredit borcunu hər ay müntəzəm olaraq ödəyən xanımlar, ödədikləri faiz məbləğinin 5%-ni ilboyu Dostlar Klubu kartına BONUS olaraq geri qazanacaqlar.

Bolkartlılara 8% CASHBACK kampaniyası!

Bank of Baku 8 Martda Bolkart sahiblərini də unutmadı. Özlərinə hədiyyə almaq istəyən xanımlar və ya xanımlarını sevindirmək istəyən bəylər Bolkart taksit kartı ilə ümumilikdə  1 200 AZN-lik alış-veriş etdikdə 8% CASHBACK HƏDİYYƏ qazanacaqlar.

Kampaniya 06-08 mart tarixlərində gözəllik və gül salonu, qızıl-zinyət, restoran, geyim, kosmetika və parfümeriya mağazalarında edilən ödənişlər üçün keçərlidir.

Ətraflı: https://bit.ly/2MutncF, www.bolkart.az/az/card-order

Bank of Baku dan 8 Marta %C3%B6z%C9%99l h%C9%99diyy%C9%99li kampaniyalar

Expressbank

Expressbank qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xüsusi ilə xanımlar üçün hədiyyəli kampaniyaya start verdi.

Belə ki, 2-12 Mart tarixlərində nağd pul krediti əldə edən hər bir xanıma Expresso Gold və ya Expresso Platinum kredit kartı pulsuz hədiyyə ediləcək.

Eyni zamanda Expressbank-da mart ayının sonunadək davam edəcək digər kampaniyanın şərtlərinə əsasən əmək haqqı məbləğindən, iş yerindən və vəzifəsindən asılı olmayaraq hər kəs cəmi 15% ilə kredit əldə edə bilər.

Ətraflı: http://www.exb.az/loans/cash/

Premium press

Rabitəbank

Ölkədə sahibkarlıq fəaliyyətinə daim dəstək olan Rabitəbank sahibkar xanımların yanındadır.  Rabitəbank istehsalat, sənayə, ticarət və xidmət, kənd təsərrüfatı və digər sahələr üzrə sahibkarlıq fəaliyyətlərini genişləndirmək istəyən xanımlarımızın gücünə güc qatmaq üçün onlara təklif etdiyi biznes kreditində yeni güzəştlər tətbiq edir.

Bugündən “Güc xanımlarda!” biznes kreditinin illik faizi 14.9% deyil, 12.9% olacaq. Kreditin maksimal müddəti 36 ay, maksimal məbləği isə 1 000 000 manat təşkil edir. Üstəlik kredit əldə etmiş xanım sahibkarlar bunun üçün heç bir komissiya haqqı ödəməyəcəklər. Bunlarla yanaşı kredit əldə edən işgüzar xanımlara hədiyyə BizKart kartı, bir illik ödənişsiz POS-terminal, İnternet Bankçılıq və Mobil Bankçılıq xidmətləri də təklif olunur.

Ətraflı: www.rabitabank.com/guc-xanimlarda

guc xanimlarda banner

Son xəbərlər
Digər xəbərlər