6 C
Baku
Monday, January 13, 2025

8 milyon manatdan çox mənimsəmədə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub

Bakıda səkkiz milyon manatdan çox mənimsəmədə təqsirləndirilən türkiyəli şirkət rəhbəri Mehmet Şahanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, o, 10 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Mehmet Şahanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

“THALES İNTERNATİONAL WESTERN COUNTRİES B.V.” transmilli korporasiyasının Azərbaycandakı nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlu 2014-2021-ci illər ərzində nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin şirkətin mərkəzi ofisinin ayırdığı 8 milyon 860 min manat məbləğində pul vəsaitini mənisəməkdə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməkdə təqsirli bilinib.

Şahan Mehmet Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər