10 C
Baku
Saturday, November 23, 2024

“8 Noyabr” prospektində təmir işlərinin nə vaxt bitəcəyi açıqlanıb

8 Noyabr prospektində aparılan təmir işlərinin bir neçə gün ərzində tam yekunlaşdırılması planlaşdırılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, hazırda əsaslı təmir işləri prospektin şəhər mərkəzi istiqamətində Ramiz Quliyev küçəsi ilə kəsişməsindən Süleyman Əhmədov küçəsinədək və Süleyman Əhmədov küçəsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılır.

Sözügedən ərazilərdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Aparılan işlərin bir neçə gün ərzində tam yekunlaşdırılması planlaşdırılır.

Yenidənqurma işləri ilə əlaqədar sözügedən hissələr üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq əks istiqamətə yönəldilməklə ikitərəfli hərəkət təmin olunub.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Xatırladaq ki, 8 Noyabr prospektinin yenidən qurulması layihəsinə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağının, bufer zonasının və səkilərin tikintisi işləri yerinə yetirilir.

Qeyd edək ki, prospektdə aparılan təmirlə əlaqdar paytaxtın əsas küçə və prospektlərində güclü sıxlıq müşahidə edilir.

Son xəbərlər
Digər xəbərlər