19 C
Baku
Friday, September 20, 2024

8 Noyabr prospektinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq

Sabah (24 avqust) saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ dairəsindən Ramiz Quliyev küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər