8 Noyabr prospektində istismar müddətini bitirmiş boruların yenisi ilə əvəzlənməsi istiqamətində tədbirlər planı həyata keçirilir.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Yeni çəkilən xətt iyulun 20-də mövcud şəbəkə xəttinə qoşulacaq və bununla bağlı iki nöqtədə birləşmə işləri görüləcək. Birləşmə işləri səhər saat 08:00-da başlanacaq, 17:00-da başa çatacaq. Bu müddətdə Corat, Mirzə Davud və Xəzər küçələrində, 8 noyabr prospektinin bir hissəsində əhaliyə və qeyri-əhaliyə suyun verilməsində fasilə yaranacaq.
Təmir-bərpa, köhnə xəttlərin yenilənməsi, əhalinin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər intensiv şəkildə davam etdirilir və hər mərhələ üzrə qısa müddətdə başa çatdırılır.