14 C
Baku
Friday, November 15, 2024

8 özəl provayderin müraciəti əsasında “Aztelekom” və “BakıTelekom”a qarşı iş qaldırılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC haqqında iş qaldırıb.

Bu barədə Banker.az agentliyə istinad edir.

Məlumata görə, Dövlət Xidmətinin təşəbbüsü və “AzFiberNet” MMC, “Eurosel” MMC, “SeaBak” MMC, “Smart Sistems Texnoloji” MMC, “Sparktel” MMC, “Data Plus” MMC, “Azerfon” MMC, “UniNet” MMC-nin müraciətləri Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərinin pozulması əlamətləri araşdırılır.

“ Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC tərəfindən qaldırılmış infrastruktur xidmətləri tariflərinin Dövlət Xidmətinin təşəbbüsü ilə araşdırılmasına başlanılmışdır”- deyə Dövlət Xidməti bildirir.

Eyni zamanda, bir sıra özəl internet provayderləri tərəfindən Xidmətə müraciətlər daxil olmuş və həmin müraciətlərdə infrastruktur xidmətləri tariflərində olan artımın onların fəaliyyətinə mənfi təsir göstərdiyi qeyd edilmişdir.

Bu məsələ üzrə antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunub-olunmaması vəziyyəti araşdırılır.

“İşə baxılması davam edir”- deyə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirir.


Maddə 8. Təsərrüfat subyektlərinin inhisarçılığı

Bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılar daxildir:

1)     xalq təsərrüfatının, əhalinin, ayrı-ayrı təsərrüfat subyektlərinin tələbatının ödənilmədiyi malların istehsalının əsassız olaraq məhdudlaşdırılması, yaxud dayandırılması;

2)     süni qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədi istehsalın həcminin dəyişdirilməsi və əmtəələrin dövriyyədən çıxarılması;

3)     digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaradılması;

4)     bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması);

5)     məhsulun alternativ satıcıları və alıcıları olmadıqda təsərrüfat subyektləri arasında ayrı-seçkilik yaratmaq məqsədilə həmin məhsulu satmaqdan və ya almaqdan imtina edilməsi;

6)     topdansatış və pərakəndə satış təsərrüfat subyektlərinin qapalı satış şəbəkələrinin yaradılması;

7)     digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi;

8)     kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi;

9)     istifadə olunmamış istehsal qurğuları olduğu halda kontragentlə müqavilə bağlamaqdan əsassız imtina edilməsi;

10)    kontragenti əvvəlcədən xəbərdar etmədən və onunla razılaşdırmadan qərarlaşmış təsərrüfat əlaqələrinin pozulması.

Son xəbərlər
Digər xəbərlər