“CPC” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı azaldılır.
Banker.az xəbər verir ki, fəaliyyəti dövründə yaranmış zərərin əvəzləşdirilməsi məqsədilə azaldılaraq 16.894.150,68 AZN məbləğində müəyyənləşdirilir.
Buna qədər şirkətin kapitalı 80 571 056 AZN olub. Belə ki, MMC-nin kapitalı 63 676 905.32 manat azaldılıb.
Xatırladaq ki, “CPC” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi İbrahim Mehdiyevdir. CPC MMC (Corn Processing Company) Azərbaycanda qarğıdalı nişastası və ona bağlı emal məhsulları istehsalı üzrə fəaliyyət göstərən müəssisədir. Müəssisənin istehsal kompleksi Oğuz şəhəri rayonunda yerləşir.