Daim izləyicilərinin peşəkar inkişafına töhfə verməyə çalışan INNAB Peşəkar İnkişaf Platforması peşəkar Excel istifadəçilərinin sayını artırmaq, Excel biliklərinin praktiki tətbiqinə yardımçı olmaq məqsədilə “55 Dərsə Excel” layihəsi ilə yola çıxdı. Layihə geniş izləyici kütləsinin marağını cəlb etdiyindən onun davamı olaraq Nahid Nəsirovun müəllifi olduğu “55 Dərsə Excel” kitabı nəşr etdik. Siz də bu gündən etibarən Exceli bizimlə öyrənməyə başlayın, 55 dərsə Excelin peşəkar istifadəçisi olun. İlk mövzu Excel haqqında ilkin anlayışlar və Home menyusunun Clipboard bölməsini əhatə edir. Bu mövzunun ilk iki video dərsi ilə aşağıdakı videolarda tanış ola bilərsiniz.
Dərs 1.1. Excel haqqında ilkin anlayışlar
Dərs 1.2. Exceldə Copy, Paste, Cut, Format Painter əməliyyatları Mövzunun davamını innab.org saytında izləyə və video dərsləri əhatə edən testləri (http://innab.org/d%C9%99rs1-test/) işləyərək biliklərinizi möhkəmləndirə bilərsiniz.