19 C
Baku
Saturday, May 31, 2025

87 milyon gəliri olan şirkət 4.5 milyon manat xalis mənfəət açıqladı

“Vest LTD” QSC 2024-cü ili 4 milyon 467 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ildə 1 milyon 606 min manat xalis mənfəət etmişdir ki, bu da illik müqayisədə mənfəətin 2.8 dəfə artması deməkdir.

Banker.az bu barədə QSC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Vest LTD” QSC-nin əsas əməliyyat gəlirləri 87 milyon 320 min manat (əvvəlki ilə nisbətən 0.6% çox), satışın maya dəyəri 77 milyon 580 min manat (21.4% çox) təşkil edib.

Hesabat dövründə şirkətin cəmi aktivləri 13 milyon 974 min manatdan 22 milyon 906 min manata, cəmi öhdəlikləri 13 milyon 68 min manatdan 17 milyon 533 min manata, cəmi kapitalı isə 906 min manatdan 5 milyon 373 min manata çatıb.

Xatırladaq ki, “Vest LTD” QSC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 2050 manatdır və qanuni təmsilçisi Şahin Verdəliyevdir.

Son xəbərlər
Digər xəbərlər