-3 C
Baku
Sunday, December 15, 2024

“888” prinsipi necə yaranıb? 

8 fevral 1840-cı ildə Samuell Parnell adlı dülgər Yeni Zellandiya limanında gəmidən enir. O tez bir zamanda mağaza inşasında özünə iş tapır. Lakin o əmək bazarındakı şəxsi təcrübələrinə əsasən şərtlər təyin edir: yalnız 8 saatlıq iş günü. O bu zaman bildirir: “Sutkada 24 saat var. Bu 24 saatın 8-i iş, 8-i istirahət, 8-i isə yuxu üçündür. Xeyr, mən ağlımı itirməmişəm, sadəcə olaraq Londonla müqayisədə siz burada mütəxəssis çatışmazlığından əziyyət çəkirsiniz”.

Samuell iş və yuxu arasındakı boş zamanını limanda keçirir və yeni gələnlərə öz ideyasını aşılayırdı. Onun ideyası hamının, o cümlədən də azadlığa çıxmış məhbusların xoşuna gəlir və 1840-cı ildə keçirilən “yığıncaqların” birində 8 saatdan artıq işləməyə razı olan istənilən şəxsin  limana atılması barədə qərar qəbul edilir. Görünür ideyanın cəlbediciliyi və cərimə qorxusu “888” işləmə prinsipinin bütün Yeni Zellandiya boyu geniş yayılmasına və daha sonradan Avstraliyaya da keçməsinə səbəb oldu. Təbii ki, üsyan və qarşıdurma olmadan.

Son xəbərlər
Digər xəbərlər