9 C
Baku
Şənbə, Dekabr 4, 2021

9 ay ərzində 50 mindən çox iş yeri açılıb

2021-ci ilin doqquz ayı ərzində ölkədə 51.1 min yeni iş yerləri açılıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumatına əsasən, bu dövrdə yaradılmış iş yerlərinin 89.0 % qeyri-dövlət sektoruna aiddir.

Yeni yaradılmış iş yerlərinin 76.7% Bakı şəhərinin, 0.7% Naxçıvan Muxtar Respublikasının, 22.6%-i isə digər regionların payına düşür.

Qeyd edək ki, yeni açılmış iş yerlərinin 10 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87.1 faizi mövcud müəssisə və təşkilatlarda, 0.6% fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 2,3% isə digər tədbirlər üzrə yaradılıb.

 

Son xəbərlər
Oxşar xəbərlər
X