6 C
Baku
Sunday, December 15, 2024

9 ay ərzində qeyri-neft sektoru üzrə ixrac 17% artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın
oktyabr sayına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29.5
milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2.1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin doqquz ayı ilə müqayisədə 17% artıb.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2.4 dəfə,
alüminium və ondan hazırlanan məmulatların ixracı 38%, qara metallar və onlardan
hazırlanan məmulatların ixracı 20.7% artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 591.5 milyon ABŞ dolları
təşkil edib. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92.9%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.6% artıb.

2022-ci ilin sentyabr ayı üzrə ixrac 3.3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə
231.2 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 7.4% artaraq 49.7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 1.7% artaraq 181.6 milyon ABŞ dollarına bərabər olub.

Son xəbərlər
Digər xəbərlər