15 C
Baku
Wednesday, April 24, 2024

9 ayda Azərbaycandan 200 milyon dollara yaxın valyutanın çıxmasına səbəb olub

2021-ci ilin 9 ayı ərzində (yanvar-sentyabr) xaricdən Azərbaycana statistik dəyəri 182 milyon 729 min dollar olan 689 min 657 ton buğda idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin 9 ayı ilə müqayisədə buğda idxalı məbləğ ifadəsilə 11.4%, miqdar ifadəsilə 29% azalıb. Ötən ilin eyni dövründə Azərbaycana 206 milyon 340 min dollar olan 968 min 210 ton buğda idxal edilib.

Bir ton buğdanın idxal statistik dəyəri 265 dollardan 213 dollara düşüb (52 dollar azalıb).

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər