2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 878 669.64 ton buğda idxal edib.
Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 188 milyon 580 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 16%, dəyər baxımından isə 13.3% artıb.
2024-cü ilin 9 ayında isə Azərbaycana 166 milyon 453 min dollar dəyərində 758 956.14 ton buğda idxal edilmişdi.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1.14%-ni təşkil edib.
Beləliklə, bu il idxal olunan 1 ton buğdanın orta statistik qiyməti 4 dollar və ya 2% azalaraq 219 dollardan 215 dollara düşüb.