2025-ci ilin 9 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.
Banker.az xəbər verir ki, bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 124 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Belə ki, cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 142,4 milyon manat təşkil edib ki, bu da doqquz aylıq proqnozu 675,2 milyon manat və ya 2,4 faiz üstələyib.