12 C
Baku
Wednesday, December 11, 2024

9 ayda un və un məhsullarının bahalaşmasının qarşısının alınmasına 5,7 milyon manat xərclənib

Cari ilin 9 ayında dövlət büdcəsinin Ehtiyat Fondundan ölkədə un və un məhsullarının qiymətinin artmasının qarşısının alınması üçün ayrılan vəsait məlum olub.

Bu, “2021-ci ilin ilk doqquz ayında Azərbaycan Respublikasının dövlət büdcəsinin icrasına dair arayış”da əksini tapıb.Layihəyə əsasən, ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı un istehsalçılarına subsidiyaların verilməsinə 5,7 milyon manat vəsait xərclənib.

Qeyd edək ki, dövlət büdcəsinin Ehtiyat Fondundan 111,6 milyon manat vəsaitin ayrılmasına dair imzalanmış sərəncamlar üzrə 72,4 milyon manat məbləğində maliyyələşdirmə həyata keçirilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər