13 C
Baku
Monday, September 30, 2024

9 milyard dollarlıq ziyan

2015-ci ildə baş vermiş kiberhücumların sayına görə Rusiya iqtisadiyyatının itkisi 550-600 mlrd. rubl (təxminən 9 mlrd. dollar) olub. Bu açıqlama ilə “Sberbank”ın İdarə Heyətinin sədr müavini Stanislav Kuznetsov çıxış edib. Bununla belə, onun sözlərinə görə, rəsmi statistikada bu rəqəm 400 mlrd. rubl (6,2 mlrd. dollar) göstərilir.

S.Kuznetsov həmçinin qeyd edib ki, ötən il rəsmi olaraq 43 min kibercinayət qeydə alınıb. Halbuki “Sberbank” mütəxəssisləri hesab edir ki, bu rəqəm dəfələrlə çoxdur.

Bundan başqa, onun sözlərinə görə, Rusiya Mərkəzi Bankı ötən il 32,5 min dəfə sanksiyalaşdırılmamış pul köçürülməsi cəhdi qeydə alıb. Müxtəlif bankları əhatə edən bu köçürmələrin məbləği azı 5 mlrd. rubl (77 mln. dollar) olub.

“Sberbank” rəsmisi qeyd edib ki, bu gün bütün dünyada təxminən 40 mln. kibercinayətkar var. Qiymətləndirmələrə görə, bu insanların fəaliyyəti nəticəsində müxtəlif ölkələrin iqtisadiyyatına ümumilikdə 500 mlrd. dollar ziyan dəyir.

Rusiya mütəxəssislərinin fikrincə, vəziyyət dəyişməsə, 2018-ci ilə qədər kibercinayətlərin sayı minimum 4 dəfə artacaq.

Son xəbərlər
Digər xəbərlər