22 C
Baku
Thursday, October 3, 2024

9 milyon dolları rədd edən şəxs

Ərəb əsilli britaniyalı biznesmen Əfzal Xan sahib olduğu “F1” avtomobil nömrəsini 6 milyon funt sterlinqə (təqribən 9 milyon dollara) satmaqdan imtina etdi.

Daily Mail-in verdiyi məlumata görə, tuning və ekskluziv avtomobil kolleksiyası ilə məşğul olan sahibkar bildirmişdir ki, bu avtomobil nömrəsi daha böyük məbləğə dəyər və təklifi rədd etmişdir.

Qeyd edək ki, Əfzal Xan bu nömrəni 2008-ci ildə 685 000 dollara əldə etmişdi. Maraqlıdır ki, bu nömrə 109 il bundan əvvəl yaradılıb və bu günə qədər çoxsaylı sahib dəyişib. Hazırda “F1” nömrəsi Əfzal Xanın Bugatti Veyron, Mercedes SLR McLaren və digər lüks avtomobillərini bəzəyir.

Statistikaya əsaən isə, “F1” Böyük Britaniyada ən bahalı nömrə nişanıdır. İkinci ən bahalı nömrə isə  550 000 dollara naməlum şəxsə satılan “1D” nömrəsidir. Üçüncü ən bahalı nömrənin sahibi isə Roman Abromoviçdir. Onun sahib olduğu “VIP1” nömrə nişanının dəyəri 444 000 dollardır. Böyük Britaniyanın ən bahalı avtomobil nömrə nişanlarından başqa, dünyanın ən bahalı avtomobil nömrəsi cəmi 1 rəqəmindən ibarətdir və dəyəri 11 300 dollardır. Onun sahibi isə, əlbəttə ki, BƏƏ-də yaşayır.

Son xəbərlər
Digər xəbərlər