Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə mənzillər veriləcək.
Banker.az xəbər verir ki, Şirvan şəhərində və Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa və Salyan rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınması üzrə keçirilən açıq tenderdə Ağsu rayonu üzrə qiymət təklifi verən fiziki şəxs Natiq Hüseyn oğlu Əlisoy və Göygöl rayonu üzrə qiymət təklifi verən Avanqard İnşaat Mənzil Tikinti Kooperativi qalib olmuşdur.
Qaliblərlə müvafiq satınalma müqavilələri bağlanmışdır.