Eindhoven Texniki Universiteti Elektrik Mühəndisliyi kafedrasında 20 yaşlı tələbələr arasında noutbukla işləyən 9 yaşlı Laurent Simonsu uzaqdan görənlər müəllim heyətindən birinin övladı olduğunu düşünür.
Ancaq o, yaxın zamanda bakalavr təhsilini bitirib dünyanın ən gənc universitet məzunu olacağı gözlənilən bir tələbədir. Üstəlik, ən azı 3 il müddətində tamamlanmalı olan elektrik mühəndisliyi təhsilini bir ildən az müddətdə bitirəcək.
“Eindhovens Dagblad” qəzetinə istinadən xəbər verir ki, mart ayında elektrik mühəndisliyini öyrənməyə başlayan 9 yaşlı Laurent bakalavr təhsili üçün son layihəsini bitirmək üzrədir.
Məlumat üçün qeyd edək ki, hazırda dünyanın ən gənc universitet məzunu adını daşıyan ABŞ-ın Alabama Universitetinin 10 yaşlı məzunu Maykl Karneydir.
Dünyanın ən gənc məzunu olaraq Ginnesin Rekordlar Kitabına düşməyə hazırlaşan Laurent Simons Belçikanın Ostende şəhərində anadan olub.
Atası Aleksandr düşünür ki, “Anasının bətnində olarkən Laurentin beynində nəsə yanlış gedib. Ancaq xoşbəxtlikdən bu müsbət nəticə verib”.
Laurent 6 yaşında liseyə başlayıb. IQ səviyyəsi 145 olan qızcığaz, məktəbdə darıxdırdığı üçün Amsterdam Universiteti Tibb Fakültəsində tədqiqat layihəsinə başlayıb. 8 yaşında isə Belçikanın Brügge şəhərində riyaziyyat elmləri üzrə orta məktəb diplomu alaraq ailəsi ilə birlikdə Hollandiyaya köçüb.
ABŞ-ın “Stanford” və “Fairfield” universitetlərində istedadlı uşaqlar üçün kurslara qatılan Laurent getdiyi hər yerdə ən gənc tələbə olub. Təhsil həyatının üçüncü ilində universitet diplomu alacaq Laurent digər tələbələrin 10 həftə ərzində mənimsədikləri mövzunu 1 həftə ərzində həll edə bilir.
Laurent Simons məktəb həyatı xaricində normal bir uşaq kimi yaşayır. Həftə sonları ən böyük əyləncəsi nənəsinin itləri ilə oynamaqdır.Təhsil aldığı üçün dostlarının çoxu yaşlıdır. İdman onu çox maraqlandırmır. Anasının dediyinə görə, nahar üçün sevdiyi yemək olmadıqda, 9 yaşlı hər uşaq kimi inadkarlıq edib küskün davranır.
Eindhoven Texniki Universitetinin müəllimi professor Baltus deyir ki, əvvəlcə 20 yaşlıların olduğu qrupda 9 yaşlı tələbəni görmək bir az qəribə oldu.
Ancaq Baltusun sözlərinə görə o, inanılmaz bir beyin quruluşuna sahibdir və “dəli bir sürətlə” öyrənir, yaddaşı foto yaddaşından daha güclüdür. “Uzun peşə həyatımdakı təcrübədən gördüyüm ən ağıllı tələbədən üçqat ağıllıdır. Yetkin bir tələbənin çata bilmədiyi səviyyəni o, tez bir zamanda əldə edə bilir”,- deyə qeyd edib.
©Ted.az