13 C
Baku
Saturday, November 23, 2024

90.000  manatlıq uduş fondlu  lotereyanın  növbəti qalibləri

“Unibank-dan götürdüyüm ilk kredit mənə uğur gətirdi. Götürdüyüm kreditdən də çox, pul uduşu qazandım. Görünür, Unibank-ın müştərisi olmağın üstünlüyü də bundadır.”- bunu Unibank-dan kredit götürdüyü üçün pul uduşu qazanan Nağı Xanabatlı deyir. Unibank-ın  “Alkredit plus nağd krediti əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının  7-ci tirajının qaliblərindən olan Nağı Xanabatlı, indiyədək bir çox banklardan kredit götürdüyünü, amma Unibank-da müştərilərə xidmətin daha yüksək səviyyədə olduğunu deyir.

Səfurə Salayeva da Unibank-dan kredit götürdüyü üçün lotereya qalibləri sıyahısına düşüb: “Həyatımda ilk dəfədir ki lotereya qalibi oluram, çox sevindim.Həmişə filiala kredit ödəməyə gedəndə, bank işçiləri məni çox səmimiyyətlə qarşılayırlar. Unibank-da xidmət səviyyəsindən çox razıyam”.

Qeyd edək ki, Unibank-ın  “Alkredit plus nağd krediti əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının  7-ci tirajının 26 qalib seçilib. Müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasındakeçirilən uduş fondunun nəticələrinə əsasən,qaliblərdən 20 nəfər 100 manat , 4 nəfər 500 manat, 2 nəfər isə 1000  manat  pul mükafatı əldə ediblər.

Lotereyatirajlarında  ümumilikdə 390 lotereya iştirakçısı qalib elan ediləcəkdir. Uduşun ümumi fondu  90 000 AZN təşkil edir. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. Hər tirajın uduş məbləği 6000 AZN   təşkil edir.  Pul uduşu ilk növbədə qalib müştərinin kreditinin ödənilməsinə yönləndirilir və kredit mükafat hesabına tam ödənildikdən sonra artıq qalan məbləğ olarsa, o zaman  qalibə  qalıq məbləğ təqdim edilir.

Qaliblərin siyahısı bankın saytında  yerləşdirib  (http://www.unibank.az/az/about-bank/news/248/) və “525-ci qəzet”də dərc olunub. Lotereyanın növbəti – 8-ci tirajı  04.06.2014-cü il tarxində keçiriləcək.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı

Son xəbərlər
Digər xəbərlər