Həyat sürətlə irəliyə doğru gedir və gündəlik işlərdə vacib olanını unutmaq asanlaşır. Buna görə də, bizdən daha yaşlı insanlarla ünsiyyət qurmaq olduqca dəyərlidir. Onlar eniş və qalxmaları artıq yaşayıblar və nəyin həqiqətən də önəmli olması barədə nəticə çıxara bilərlər.
Onlar üçün vacib olan nədir?
1. Təhsilə davam etmək
2017-ci ildə 94 yaşlı şotland qadın Cin Miller (Jean Miller) The Gurardian qəzetinə verdiyi müsahibədə, 9 və ya 90 yaşda olmağınızdan asılı olmayaraq yeni biliklərə yiyələnməyin vacib olduğunu qeyd etmişdir.
“Həyat – təhsildir. Vaxt keçdikcə hər şeyə fərqli baxmağı öyrəndim”.
Onun sözlərinə görə, daim yeni bilik və təcrübə axtarışı həyatı dolğun edir və ona özünü gənc hiss etdirir.
2. Dostlar və ailə ilə nahar etmək
Çox vaxt o qədər məşğul oluruq ki, dost və ailəmizlə oturub söhbət etməyi belə çatdırmırıq. Halbuki, sonda məhz bu anlara xüsusi dəyər veririk. 91 yaşlı Şeyla Kitinq (Sheila Keating) müsahibədə deyib: “Mənim üçün ən böyük zövqlərdən biri ailə və dostlarla nahar etməkdir”.
3. Uşaqlarla vaxt keçirmək
2018-ci ildə yazıçı Lidiya Son (Lydia Sohn) 90 yaşdan yuxarı olan insanlarla görüşmüşdür. Onun sözlərinə görə, yaşlılar uşaqları ilə vaxt keçirməyi çox sevirlər və bu, onları xoşbəxt edir.
4. Faydalı olmaq
90 yaşlı Krişnamurti Dasu (Krishnamoorty Dasu) başqaları üçün faydalı olduqda özünü xoşbəxt hiss etdiyini söyləyir. Bunu çoxsaylı tədqiqatlar da təsdiqləyir.
5. Sakit yaşamaq
Ən tez-tez eşidə biləcəyiniz məsləhət: yaxınlarınızla daha çox vaxt keçirin və həyatınızı işə həsr etməyin. Belə ki, 99 yaşlı Don Anderson (Don Anderson) xoşbəxtliyin açarının sakit iş tapmaqda olduğunu söyləyir.
“Əsas odur ki, rahat yaşayasınız, tələsməyəsiniz və müxtəlif səbəblərə görə narahat olmayasınız”.
6. Başqalarına kömək etmək
Yaşlı insanların əksəriyyəti işin ən vacib şey olmadığını söyləyir. Lakin başqalarının həyatına təsir edən əməyi həsrətlə xatırlayırlar. Məsələn, yanğınsöndürən kimi işləyən 90 yaşlı Hovar Houi (Howard Howie) söyləyir: “Başqalarının həyatını və bir-birimizi xilas etmək üçün birgə işlədiyim uşaqları xatırlayıram. Biz bir komanda idik”.
7. Səbəbsiz xoşbəxt olmaq
Biz yalnız müəyyən tarixləri qeyd edirik: bayramlar, ad günləri, yubileylər. Ancaq insanlar ən çox sevdikləri məqamları xatırlayanda – fərqi yoxdur hansı səbəblərə görə – onlar xoşbəxt olurlar.
8. Mənşəyini öyrənmək
93 yaşlı Lori L. (Lori L.) bildirir ki, onun üçün ən sevindirici təcrübələrdən biri öz mənşəyini öyrənmək olmuşdur. Lori övladlığa götürülmüşdür və onun əsas məqsədlərindən biri öz mənşəyini öyrənmək idi.
Onlar nəyə görə peşmandırlar?
1. Daha çox sevmədikləri üçün
Lidiya Son iştirakçıların əldən verdikləri karyera imkanları haqqında danışacağını güman edirdi. Lakin onlardan biri dedi: “Xeyr, az sevdiyim üçün peşmanam”.
2. Sağlamlığın qeydinə qalmadıqları üçün
Əlbəttə ki, 90 yaşına çatmış insan nəyisə düzgün edib. Lakin Krişnamurti Dasu, məsələn, gənc olduğu dövrdə “beynini və bədənini yaxşı fiziki formada saxlamalı” olduğunu bildirdi.
3. Uşaqlara bir-biri ilə münasibətləri gücləndirməyə kömək etmədikləri üçün
Yaşlıların peşman olduğu digər məqamlardan biri də ailə ilə bağlıdır. İştirakçılardan biri uşaqlarının 20 ildən çoxdur ki, bir-biri ilə danışmadıqlarını söylədi. “Bu, məni gecə yatmağa qoymur”.
4. Evdə oturduqları üçün
Yaşlı insanlar gəcnlərə evdə oturmamağı və mümkün qədər tez-tez səyahət etməyi məsləhət görürlər.
5. Narahat olduqları üçün
94 yaşlı Betti S. (Betty C.) qeyd edir ki, “əsas odur ki, heç nəyə görə narahat olmayasınız, çünki bu tamamilə mənasızdır!”
6. Pensiyaya tez çıxdıqları üçün
İşə görə narahat olmaq zərərlidir, lakin həyatdakı əsas məqsədini itirmək daha pisdir. Yapon həkimi Siheaki Hinohara (Shigeaki Hinohara) dünyanın ən yaşlı mütəxəssislərdən biri sayılır. “Pensiyaya çıxmaq mütləq deyil, xüsusilə 65 yaşdan tez”.
7. Maddi nemətlərə dəyər verdikləri üçün
Maddi nemətlərə dəyər verməyin heç bir mənası yoxdur. “Unutmayın ki, heç kim nə zaman öləcəyini bilmir, topladığınız sərvəti özünüzlə apara bilməyəcəksiniz”, – Hinohara qeyd edir.
8. Daha əvvəl pul yığmağa başlamadıqları üçün
Keçmişdə daha çox işləmək istədiklərini söyləsələr də, çoxları daha tez pul yığmağa başlamalı olduğunu bildirirlər. 94 yaşlı Pem Zeldin (Pam Zeldin) “yaşlı olanda narahat olmamaq və öz maliyyə sabitliyini təmin etmək üçün gənc yaşdan əmanət yığmağı məsləhət görür”.